9 Mart 2017 Perşembe



1 verse

Bəzən biz yazarıq, qələm doymaz Bəzən ürək yazar, qələmə məhəl qoymaz. Keçmiş tanışların salamı, içdə yara kimidi İçirdər məlhəmini, amma içinə zəhər qoymaz. Bəlkədə dolmaz həmişə bil badələr, Şərəfinə süzər sevgi, ruhunu şad edər. Sən məni tanımırsan, həyatım qara oyun Gəl, sən də içindəki qaydalardan qurtul. Amma yoxdursa, həyatda məqsədin Qorxunu içində boğ, gətirmə tək səbir Tək sənin həyatındı bu, özün də qərar ver Sonraki peşmançılıq bil fayda vermir. Bizə tərəf gəlmə, xoşbəxtliyi bölmürük Nə qədər çətin yol olsada, geriyə dönmürük Nə qədər bitsədə ümid, heç birini gömmürük Qaranlıq yollara biz şam, heç vaxt sönmürük. 2 verse İndi isə üzləş bir dəfə özünlə, Hamı sənin gözünlə, görmür axı həyatı. Bir sözümlə dəyişə bilərsən mi? Hamı istədiyi kimi gəlmir axı həyata. Dəyişmək lazımdırsa, başla özündən Cəmiyyətin gözündən, birdə bax özünə. Görürsən dözülməz olarsa, bu həyat Səndə olsan dözülməz, bu tənlik çözülməz. Kimisi pula görə, mənliyini satır Kimisi itirib şərəfini, malı - mala qatır Kimi şərlənib, bizə görə yatır Amma bir millət var, yemir - içmir hələdə yatır. Başlasam bitməz, dediyim elə budu İtin qabağına yem atmasanda, tez qudurur. Budur mu özünlə söhbətin hə? Düz sözü kim deyir, elə oda tutulur. 3 verse Çoxdandı susurdum, dinləyərək Bakını Dedim bəlkə nəsə düzələr, eşitsəm Bakını. Sözlərə indi bax, kinli hədəfimdə bax kimdi Sözüm tam ortasını tutub, hədəfinə bax girdi. Kimisi dilənçi, kimisi də bankirdi Bu millətin həyatına, sadəcə bank girdi. Kimisinin üstü təmiz, kimisinin də bax kirli Kimisinin vicdanı, kimisinin də qanı kirli. Əgər olsaydıq bunlara laqeyd, Olmazdı cədvəl, aparmazdı qeyd. Bu hələ başlanğıc, sadəcə bir reyd Sənə qalan o deyil axı, otur və seyr et. Bu qədər problemin içində susursan, Azad söz demək əgər bir qüsursa, Sizə düşməz paklıq, aldığınız qüsulsa, Allahımın dərgahında, özünüzə qüsur sayın

09:31 Adsız

Rəy bildirilməyib

18 Şubat 2017 Cumartesi

Mən, sənin varlığın qədərəm
Sən, mənim var olma qədərim.
Mən, kəndirində ölə bilərəm
Amma ölə bilməz ki, şeirlərim.

Əgər bizi birləşdirmirsə, heç bir yol
Əgər bizi incitmirsə, eyni sancı
Əgər biz eyni ağacdan deyiliksə,
Bir budaqda nə işimiz var?

Rəngimiz dəyişə bilirsə, hər şeyi
Qorxudan itirə biləriksə, izlərimizi
Ölüm sadəcə torpağa bürünməkdisə,
Göyqurşağımızın səmada nə işi var?

Guya baharı gətirəcəkdik, getdik, gəlmədik.
Demişdik hər şeyi düzəldə bilərik.
Uzaqda olsaq da, ürəyimiz birlikdədi.
Ürəyimiz burdadısa, qürbətdə nə işimiz var?

12:47 Adsız

Rəy bildirilməyib

20 Ocak 2017 Cuma

                        Nəqarət:

Özümüzdən güc olaq, güc alaq!
Özümüzdən güc olaq biz.

                        Verse: 1

Əllərindən tutmuşam qorxma uç...
Mənlə səmaya, lap fəzayacan uç...
Ulduza gedərik, itərik, bu gecəni...
Hər gecə o gecədi sanki beynimə çatmır məhz o ətrin...
Sənlə qərb şərabıdı nədi  görən içkiliyəm?
Sözlərim, çatdıra bilməz kainata bütün silsiləni.
Hər şeyi qoy bir kənara, sevgidən alovlanağ biz.
Sənlə özümüzdən danışaq, bir -birimizdən güc alaq biz.
Qəlbimin atomu, mənfiyə müsbətsən...
Birləşək biz!
Yüklənək biz!
Partlayış törədək!
Günlər tez keçir, ömür uzun.
Bir ömür az gülüm, səninlə sonsuz
İstəyirəm.
Biz sənlə sonsuz güc olaq!

                       Nəqarət:

Özümüzdən güc olaq, güc alaq!
Özümüzdən güc olaq biz.

                       Verse: 2

Dünyan kürəyimə söykənsin.
Mənim gəmilərim küləyə yelkənsiz
Gələrəm, keçərəm, qıraram, səddləri.
Götürüb qaçırıb öpərəm dizlərin.
İnanıram, eyni sürətdəsən.
Məni tərəfə, qapının çölündəsən.
Məni gözləyib, gözləyib əminsən ki,
Harda olsam, mən səninləyəm!
Gücümüzə güc qatır sevgimiz,
Güc qatır hədəflər.
Birlikdə hər şey məğrur və möhkəm.
Birlikdə hər şey, asand gələr.
Sən ovucum, mən yumruğun özü.
Sən evin içi, mən evin özü.
Sən dostum həmdə,
Ruhumun gücü,
Ruhumun özü,
Güc alıram mən!

Səndən güc alıram mən
Sənlə güclənirəm mən

                      Nəqarət:

Özümüzdən güc olaq, güc alaq!
Özümüzdən güc olaq biz.

04:59 Adsız

Rəy bildirilməyib

26 Temmuz 2016 Salı



Məni dərindən öyrən, dərimin rəngindən yox.
Dilimi öyrənmək çox tezdi hələ kədərimi öyrən,
Gör dizlərin dözə bilər?
Tapdanmamış bəyaz qarlar necə də tez əriyirdi axanda qan.
Kaş görəydin sülh üçün gəlirdi güya silah səsləri,
Güya ədalət gətirəcəkdilər
Elə hər şeyin sonunu o səslər gətirdi.
Bir də inancımız çıxdı sonumuza.
Biz ancaq inandıq, ancaq inandıq,
Heç nə etmədən, heç onlar da heç nə etmədi.
Ancaq inandıra bildi.
Heç o da heç nə etmədi,
Hal bu ki, görə bilirdi hər şeyi.
Dünyanın ən kədərli mahnısını bəstələyəndə ordular
Biz qulaqlarımızı tuturduq, bizə güllə səsi gəlirdi.
Əsgərlərə güllər atılanda, bizə güllə dəyirdi.
Gülüşümüzü belə unuduruq inan mənə.
Onlar səcdəyə gedəndə etdikləri duaların da xeyri olmur bizə.
Axı biz daha ürəkdən edirik dualarımızı,
Daha içdən hayqırırıq səmayə kəlmələri.
Hərdən heç bitiriə də bilmirik duaları.
Bir güllə səsi gəlir qulağımıza,
Soyuq bədənimizi isti güllə qızdırır,
Elə ordaca kəsirik səsimizi.
Hərdən dua etmək də keçmir içimizdən.
Bədənimiz qana boyananda
Günün doğuşuna da nifrət edirik,
Açıq səmanın ulduzuna da.
Burda gecələrin tanrısı olmur inan mənə.
Burda silahlar qalxıb müqəddəsliyə.
Gördün?
Ol dedin olmadı bu dünya. Bir də yoxla.

13:11 Adsız

Rəy bildirilməyib


Həyatımı yazan şairin qafiələrinə gülməyim gəlir hərdən.
Xətti də çox səliqəsiz, başa düşmək olmur heç nə.
Eyni anda iki həyatı yaşamaq da çox çətindi.
Bir tərəfin qolu qandallı əsir, ölümü görsə deyər xoş gəldin.
Bir tərəfin də mübarizədə, əlində qələm və qışqırır dəlixanaya xoş gəldin.
Sən danışanda hər şey şeir olur deyirlər.
Əslində mən yaşayanda şeir olur, bir də sən anlayanda.
Əksi sadəcə söz yığınıdı.
Bəlkə də sol əllə yazıram deyə belə ürəkdən alınır cümlələrim.
Qələmi hər dəfə ürəyə yaxın tuturam.
Bir də ki, bir qadın nə qədər uzağa gedə bilər ki, -Deyəndə,
Okeanın o tərəfini heç düşünməmişdim.
Gör özümdən nə qədər uzağam.
Amma yolları da qınaya bilməzsən ki.
Getmək istəyənə yol olur, qalmaq istəyənə ev.
Yollar daha yaxşı başa düşür insanı.
Bilirsən nə qədər şeir görüb səkiləri?
Bilirsən nə qədər kədər görüb?
Öz də sirri də hər kəsdən yaxşı qoruyur.
Yerin də qulağı var düzdü.Amma ağzı yoxdu ancaq susur.
Yağış sonrası yaranan gölməçələrdə kimsə öz əksini görür,
Kimsə də asvaltdakı əyrilikləri.
Məsələn elə bu şeir olmaq istəyib ola bilməyən yazı kimi.
Kimsə burda özünü görür, kimsə də alınmamış bir şeir...

13:10 Adsız

Rəy bildirilməyib

3 Nisan 2016 Pazar

Rəssam:

Crazies Union brat,
Verse'ümə back verin brat!
Deyilsən rap'er amma anlayırsan 
Bir sözə vauu!!!
Deyilsən Cris Brown
Nə aktyor
Nə də, Bakı SŞA
Vışebala cağırın,
Crazies Union Crash-Bush.
Bu randevu, sizlə wonderful,
Sirkələnir,yorulur,
Bakı bizlə boğulur.
O qədər zay-tay var,
Rap'də də MayDay var,
Yazıram çay time'da
Gördün ki demədim heç
Wife var?!


Hugo:

Crazies Union brat
Önünə yenə də gəlim bax
Mənə də deyiblər ki, deyim sənə "bu təlim bax"
Uğur varsa orda mənim mütləq əlim var
Sus balaca bu otaqda 5 müəllim var
İcazə ver qulağında biraz yatım 
Amma almayacam onu kirayə və ya da satın
(Bu bənzətməyə qulaq asın)
Crazies Union Baku necə ki, Batman və Gotham. 
Deyirlər ki: "Zirvə sizlikdi bro"
Amma deməsələr də bilirdik ki, bizlikdi bro
Deyə bilərsiz ki: Bu rap sizin tərziniz deyil
Deyə bilərik ki: Səbr elə gizlindi şou

00:40 Adsız

Rəy bildirilməyib

27 Mart 2016 Pazar

Dakodje:

Bakıya bənzəyən gözlərin var idi
Gözlərində yıxılmış cümlələr kimi baxan kədər,
Jarqon şeirlərdə buraxan əllərin,
Bu an ayrılığım pandomimin oynadığım skeç olacaq.
Əruz vəzninə bənzər yalnızlıq var idi,
Mənə öz uçurumlarında qışqırıqlar yaraşdıran.
Gələcək məchul, zaman əxlaqsız, süzər badəyə
Son nəfəsimi sənsizliyə süzən süzgəc olacaq.

Rəssam:

Bu qədər bəsti
Əşi,
Çətin birləşim
Get, gəl, birdə get, gəl
Çətin öyrəşim
O, qədər qəlbinə toxunur
Çətin vərdişim
Gec olacaq 
Zamanı gəri çevirin.

Gözüm axtarır səni yenədə
İzin qalıbdır ümidsiz küçədə
Yaşamağ şansı verilsəydi birdə
Əşi artıq gec olacaq

Gözünü silib,şəkilə gülür arada
De 
Arada oluram gecə yuxuna qonağ
De
Yaşamağa verilsəydi son dəfə sinaq
Lap min dəfə sına, gec olubsa, gec olacaq.

Nəqarət:

Gözlərindən çıxıb getməyə bilirəm bir gün,
Gec olacaq, gec olacaq, gec olacaq, gec olacaq.
Gedişi bərk, səni tərk, yoxluğa qərq etməyə bizi bir gün, 
Gec olacaq, gec olacaq, gec olacaq, gec olacaq.

Undead:

Gedənlər çətin qayıdar, amma sən getme! 
 İstəsən söndür telefonu, bir neçə gün zəng etme 
 Amma tərk etmə,mütləq deyil şərt getmək 
 Qorxulu onu itirməkdən çox onu tərk etmək. 
Gələcəyə xətt çəkibsə keçmişim, silərəm hər gecə
Bütün günahları at belimə, belə bu yol ipdən keçər
Sonra gec olacaq! 
Bil gecə olacaq, səhərim tək keçər
Heç vaxt tərk edib getmə, mən sənsiz bir heçəm!

Graf:

Hər gedən arxasıyca bir şey qoyur əmanətdi.
Sevmək təkcə şərt deyil ki,hörmət əlamətdi.
İstəyirsən hər gedəndən dönənə qədər
Bakının havasını çək ciyərlərinə ölənə qədər.
İnsanlar daşlaşıb artıq demək ki, bir hiss yoxdu
Sadəcə üzdə gülüş saxta səmimiyyət var
Mənə görə gec olacaq deyə bir şey yoxdu
Sadəcə, gecikdirənlər və gecikənlər var

Nəqarət:

Gözlərindən çıxıb getməyə bilirəm bir gün,
Gec olacaq, gec olacaq, gec olacaq, gec olacaq.
Gedişi bərk, səni tərk, yoxluğa qərq etməyə bizi bir gün, 
Gec olacaq, gec olacaq, gec olacaq, gec olacaq.



05:07 Adsız

Rəy bildirilməyib