Zamanla dəyişir insan,
Yoxsa dəyişir zaman,
Bakı,İçərişəhər,saat on iki tamam.
Bakıyla rəqs edirdi saatdakı əqrəbin səsi,
Deyir,kəs nəfəsi,ya da sakit gəzin.
Bu musiqi həzin,aparır uzaqlara,
Ya da çəkdiyin həzzi burax indi dumanlara.
O yad insanlara sadəcə gülümsə,keç.
Onlar da səndən biri sadəcə sevməyib heç.
Xəzər,salam,necəsən?Bu günün necə keçdi?
De görüm,neçə insan intihardan yan keçdi?
Neçəsi burda sevişdi,bilirəm utanırsan
Köhnə Bakını itirdik biz,inan ki,çox gecdi.
Bu küçələr doğma indi bizi qəbul etmir,
Salam Əliğa Vahid,heykəl üstə gül bitmir ,
Üzü dönsün görüm o ahuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi,
Çörəyi verən ağac bitmir.
Bilmirəm dəyişən nədi,köhnə dalanlar da yoxdu,
Tikilir göydələnlər,deyirlər Bakı toxdu
Bakının dərdi yoxdu,Bakının qəlbi yoxdu.
Qoy deyim ki,Bakının qədri yoxdu,qəbri yoxdu.
Çox alıb,çox verdin,
Yanımda bir neçə dost.
Ələkdən keçirtdin bizi,yarısı çıxdı binamus.
Köhnə binamız,yerinə indi bank tikilir.
Küçədə qaldı neçə ailə,dövlətimizə and içirik.
Hə, and içirik.
Niyə görəsən qorxaq olduq ?!
Səndə günah yoxdu Bakı çünki,Bakıda Bakılı yoxdur!
Vahidi yoxdu! Rəsulzadesi yoxdur! Ağ şalvarı yoxdur!
Bəlkədə dözmədi qaçıb gedən çox oldu.
Heyf.. qaçıb gedən çox oldu.
Üstün bər-bəzəkdi,amma içdən çürüyürsən.
Başıvın üstü açıq qalıb,onu da küləyin apardı.
Büstün qalmayacaq,bunu çox gözəl bilirsən.
Bircə tarixin qalmışdı,onu da bəzəyin apardı.
Gəl götür,onsuzda heç nəyimiz yoxdur artıq.
Qalanlar da daşdandı,onlara isə yamaq vurulub.
Gəl götür,onsuzda köhnə Bakı yoxdur artıq.
Qeyrətsizi boş ver sən,qeyrətlilərə tələ qurulub.
Bu əzəldən belədir,sakit dur,dinmə,sus.
Ya da ki,sürgün ol,dediyini çeynəmə,qus.
Bakının bəxti qaradı,başının üstünü alıb duman.
Narahat olma Bakım,çəkdiyim tüstüdəndi.