Spx
Qələmlə yaradılan bir qadının saçlarında dəli olmuşam.
Ağlayanda gözlərindən axan boyaya vurğunam.
Hə,bir az dəlilik var,amma,
Niyə olmasın ?
Qəzetlərin künclərini tutuşduraraq bükməyinə heyranam.
Burda nə var ki?
Saçlarına dolanan xoşbəxtliyə düyün vurmuşam
Hə,bəlkə dəlilikdi amma,
Əsəbləşəndə alnımda üç qırış yaranır,saymışam.
Uzağa dikilən gözlərində bir qorxu var,
Amma qorxma,hara getsən də qayıdacaq bir yerin var,yanındayam.


Graf
Tanrı da aldı əlinə qələmi
Yazdı alnımızı.
Bəlkə də düşünmədi heç o bizim arzumuzu,
Dəyişən dəyişdı artıq
Gedənsə öz yolunda
Geriyə dönüş yoxdur,
Gedənsə yol sonunda.
Zamanı saxlayardım,
Alardım səni qarşıma
Tanrısa cəzamı verdi,dedi ki, işimə qarışma.
Nə olar,məni bağışla
Bir vaxtlar xəstən idim,
Tapılmırdı mənə bir əlac,
Sənsə mənə məlhəm idin.
Hərdən deyərdin,`kaş ki,səni tanımazdım.`
Bir gün çıxıb getsən
Önündə dayanmazdım.
Cənnəti canlandırıb,səni mən çox sevmişəm
Cənnətin yeddi qatında,yeddi il əzab çəkmişəm.
Mənə elə gəlir ki,hərdən
Səni heç tanımamışam.
Sənə yazdığım sətirləri heç mən toxumamışam.
Bəlkə də oxumamışam,sadəcə xəyal idi.
Bir də başdan,
Axı bizim arzularımız başqa idi.

Albino Lion (chorus)
Unutdum özümü,
O qəmgin gözlərin,
Silib təbəssümü
Geri qayıtmaz illərim.
Heç kim əvəz etməz
O sənin isti əllərin.
Qaldı xatirəmdə bu söz
Səni sevirəm.

Hugo
Hərdən qayıtmaq istəyirəm mən uşaqlığa
Uşaqlıq xatirəsi yaz sən nə fərqi var ki,
Hər dəfə günah eləyəndə salardım uşaqlığıma
Sol mələk yazsın,yaz sən,nə fərqi var ki.
Pis gündə həmişə göz yaşlarının altında
Mən yaxşı gününçün səni heç sevmədim ki.
Hansı sevgidən danışırıq ki,
Yaxşı,pis fərqi yoxdu,
Biz səninlə heç gün görmədik ki.
Sevmək ağlamaq,
Sevilmək ağlatmaq.
Sev ki,sevəsən neçə gün,
Neçə ay,neçə il,
Hətta,əsrlərlə sev getsin.
Onsuzda bir gün gedəcək,indidən sev getsin.
Bəlkə də axtarmaq lazım,öz qadın əksini
Mənsə,əksim yoxdur,çoxdan atıldım artıq
Mən düz seçim etdim,
Həyat etdi tərsini.
Sən də etiketini qopart get,satıldın artıq.

Albino Lion (chorus)
Unutdum özümü,
O qəmgin gözlərin,
Silib təbəssümü
Geri qayıtmaz illərim.
Heç kim əvəz etməz
O sənin isti əllərin.
Qaldı xatirəmdə bu söz
Səni sevirəm.(2)