Spx

Və ilk öncə günəşini çək gözümün önündən. 
Sədəqənə ehtiyacım yoxdu. 
Mən mübarizə üçün doğulmuşam və heç bir qələbədə gözüm yoxdu. Ey ilham pərim, əzraili neynirsən? Yazmaqdan betər ölüm var yəni? Qara saçlarını oynat barmağınla, bir az da gülümsə. 
Mənə qəbul etdir ki sənsən şair, şeir mənəm. 
Bir də səcdələrindən danış mənə, qısqandır məni. 
Oyanmaq istəmədiyim bir kabusda özümü qorxuduram, toxunmaq istədiyin bu bədəndə mən yoxam. Mən gecədəyəm, mən 12 il geridəyəm, hər dəfə göstərdiyin o ulduzdayam. 
Məni hədələmə, sən sadəcə şeirdəsən, sən yoxluqdasan. 
Mən nə uçurumlar görmüşəm başımı gicəlləndirməz pilləkənləriniz. 
Ölüm hər kəsə var, amma çox heyif necə öləcəm deyə düşünməmisiz. Payızda yazılacaq son şeirim, son siqaret, sonuncu nəfəs, 35 yaş, 24 - cü il, təbəssüm və qəfil...

Graf

Bu gece yaman səssizdi,
Amma istəmirəm mən səssizlik
Və hər yaxşı günüm tək
İstəmərəm mən sənsizlik.
Birce xaişim var, geriyə dönməsin o,
Çünki yaşananlar, hisslərimlə düz gəlmir.
Məncə gizlətmir Bakım artıq hirslənmir.
Deməyə çox şey var, amma deməyə üz gəlmir.

Nəqarət:

Tut əllərimdən, bircə qal yanımda
Yada get,ürəyimi apar özünlə.
Yada her şeyə, keçmişə baxanda
Bil, mənəm gələcəyə qapıları bağlıyan.
Qal yanımda, tut əllərimdən
Get, ürəyimi apar özünlə.
Hər dəfə keçmişə baxanda,
Bil, mənəm gələcəyə qapıları bağlayan.

Undead

Aparır külək məni, aparır uzaqlara
Gedirəm amma bilmirəm, bu yolun sonu hara?
Ətraf çox rəngli, hətta çox fərqli 
Amma müvəqqəti sonumuz qara!

Apardı getdi külək, amansız oldu tanrı
Hər şey yarıda qaldı, əlimdən onuda aldı.
Uzaqdan görünən işıqlı evlərin qapısı bağlı
Hələdə anlamıram necə bitəcək sonu bu nağlın?

Təklikdə itir ağlım, bu qədər əziyyət getdi hədər?
Hər şey unudulur bir an,bu zəhəri çəkənə qədər.
Gözlərinu yum, bir dəqiqədə say birdən ona qədər
O, qədər itiririk, itirilməyənlər hələ nə qədər?

Rəssam

"Pierre Cardin" kostyumda içirəm "Volokardin".
Üzümə taxmışam yalançı gülüşləri.
Elə bir vəziyyət yaranır deyirsən rədd olum gedim
Bu gün ki, günlərimdən çoxusuna xətt çəkib gedim
Hər gün ölüb, dirilmək bu şəhərin adı artıq.
Mən elə zövq alıram hər gün ölümə baxıb,
Elə deyirlər ki, sevgi cənnət olmalı
Sevənlərin əli-qolu guya bala batıb?
Güzgüdə deyirəm özümə
Sən nə etdin, bu qədər özünə?
Sən nə dedin, bu qədər itirdin?
Nə oldu ki, gedirəm özümdən
Deyirlər elə danışırsan guya var 50 yaşın.
Hər şeydən incimisən əlin qolun bağlanıb.
Kariyera, pul etmək verməyəcək zövq sənə
Guya dünyanın dərdi elə sənə qalıb.

Hugo

Bizi anlamaz heç kim,
Bütün ayrılıqlar doğru insanı seçmir.
Yuxudan oyandığına şükür edən bir insan üçün
Təsir etməyəcək, seçimlərin heç biri.
Və hərdən lazım ürəyə pərdə,
Bütün tərbiyəsizliklərim qalsın gerisində.
Etirafım: "Bu" da deyil qəlbdən.

Nəqarət:

Tut əllərimdən, bircə qal yanımda
Yada get,ürəyimi apar özünlə.
Yada her şeyə, keçmişə baxanda
Bil, mənəm gələcəyə qapıları bağlıyan.
Qal yanımda, tut əllərimdən
Get, ürəyimi apar özünlə.
Hər dəfə keçmişə baxanda,
Bil, mənəm gələcəyə qapıları bağlayan