Verce: Hugo

Bu mahnıda bir keçmiş var
Qul ağrılarına bələdəm mən
Keçmiş dar döngələrdən ibarət
Sıxışıb qalırsansa dalanlarda
Öz günahın çünki oralardan çox gəlmiş keçmiş var
Hər vərəqdə bir qələm və hər səhərdə bir qəlb
Hər sətirdə bir gələn və hər gələndə bir dərd var
Sona kimi yaşasam cənnət, sonsuz ləzzət varsa
Deməli ölməyim üçün də bir şərt var
Sözüm keçmir artıq hisslərimə
Gözüm seçmir artıq hirslənəndə
Pis yaxşı doğru yalan
Zamanla düzələr dedilər hər şey,
Zamanla gedər, Düzdü hər şey getdi nədənsə qaldı zaman
Yuxularç ox şirindi
Dedilər ölmək yuxu kimidi
Əgər qapandısa gözlər, dönmək yuxu kimidi
Bilmirəm nədənsə qorxur gözüm
Son yuxu son ümid və ona son sözüm

Verce: L.I

Bir gün bilirəmki gedəcəksən
Yenə içimdə sönəcəksən
Yenə içimdə sönəcəksən(2)


Verce: Mizan

Yenə də gedirsən hər kəs kimi
Ayrılıq dərd kimi
Silən olsaydı yazdırardım alın yazımı sən kimi ki,
Sonda tərk edəndə qalan çarəsiz bu ruhum azadlıq üstündə tək qalar ki, anlamazlar biri kimi
Anla! Bu yazdıqlarım illərin birikimi
Və sənlə cəhalətdən ayrılan bu könlüm
Fərdimə dustaq olar ki, ayılmaq eşqində tək solar
Bu qəlbdən ayrılanlar son baxışda gözdə mərd qalar
Qalanlar səhv edərsə gedişləri məhv edər
Həyatı dərk edənlər fanilikdən tək gedər
Gözün yaşın silər
Və yenə tək qalan ruhumu ümüdüm ölümlə dəf edər
zamanla ağrılardı bədəni bərkə öyrədim
Bu cismi tənha düşüncə ilə ağıla göndərir
Amma yox gücüm
Son yuxu son ümid və ona olan son sözüm


Verce: L.I

Bir gün bilirəmki gedəcəksən
Yenə içimdə sönəcəksən
Yenə içimdə sönəcəksən(2)