Nəqarət:

Dünənimi axtarın (dünənim yox)
Qəlbimi axtarın (qəlbim yox)
Qəbrimi axtarın nə vaxtsa sizə görə mən qaçanda çox uzaqlara

1 - ci verce:

İlk öncə başladiq  6 nəfər
Bizə çox çəkdilər dost saman altından yol
Amma indi 5 nəfər
Dərk etdik yumruq  4-5-lə bağlanır amma 6 - la yox
Çixdiq oxuduq səhnələrdə biz alqış yoxdu
Bir nəfər çıxıb demədi ki,  mənə dostdu bunlar
Amma biz bir az da çalışdıq alqış yoxdu
Hamı yıgışıb dedi ki, guya hostdu bunlar 
Amma host başqa biz başqa dost başqa siz başqa
Bizdə durur dost başda sizdə amma dost daşla
Demək olmur axı  hər şeyi sil başdan
Demək olmur axı dost hər şeyi sil başdan

Nəqarət:

Dünənimi axtarın (dünənim yox)
Qəlbimi axtarın (qəlbim yox)
Qəbrimi axtarın nə vaxtsa sizə görə mən qaçanda çox uzaqlara

2 - ci verse:

İkinci mərhələdə çox şey vardı
Guya albomlar, kliplər, konsertlər və daha nələr...
Siz neylədiz? Ancaq tələb eləməkdən başqa heç nə.
Elə - belə dinləməkdən başqa heç nə.
Və bizi bəyənməyənlərdə bir tərəfdən çıxıb,
Deyirlər söz yoxdu sadəcə səs seçilir
Bamador-da tənqidlər, atmacalar əşi nəysə Hi Bro-dan sonra bütün səslər kəsilir
Arada xəyanətlər və alçaqlar oldu
Çox şükür ki, indi onların heç biri yoxdu
Arada bezmələr, rapdən getmələr oldu
Çox şükür ki, indi o fikirlər heç biri yoxdu
Və biz indi güclü, biz indi güzgü intihar istəsən əgər biz indi ülgüc
Nədənsə artır dostlar get-gedə dayanmadan
Bunun bir səbəbi var biz indi güclü

Nəqarət:

Dünənimi axtarın (dünənim yox)
Qəlbimi axtarın (qəlbim yox)
Qəbrimi axtarın nə vaxtsa sizə görə mən qaçanda çox uzaqlara

3 - cü verse:

İndi məni də bənzədərsiz siz başqa adama
Bənzədin. Onsuz bu mahnıda başqa adamam
Görün nə gündəsiz?! Təbi sizdən almaqdan
Alırıq biz hamımız nədənsə başqa adamdan
Və sən ağıla yox ağıza gələnə əhsən de
Biz bunu bacardıq ən azından. Bəs sən? De
O qədər şeylər gördüm bu yaşımda
Elə bil yaşım 19-20 yox səksəndir
Bilirəm bu ölkə, bu şəhər anlayar məni
Hissləri qoruya bilmədiyimə görə də danlayar məni
Amma bəsdi! Hər kəs edirsə istədiyini,
Mən də bu ölkəyə yeridəcəm dəliliyimi