Verce: Spx

Ayağa qalxmaq gec deyil hələ də
Möhkəm olmaq yapışıb hədəfdən
Siyasət oyundu oyuncaq olmamaq gərək
İçində yatmış vulkan partdıyar bir gün əlbət
Əlbət ki,hər kəs bir gün məcburdu cavab versin
Hər kəsin imtahanı içdə şərlə xeyir müharibəsi
Bu xalqın nə sağçısı nə solçusu bəlli deyil
Seksin inqilabından öncə lazım inqilab etsin beyin
Vacib deyil!düzgün olmağ bu ölkədə hər kəs bunu deyir
Nə qədərki tv-lərdən çıxmayacaq qancığlar
Bu ölkədən doğru düzgün bir gənc çıxan deyil
Bizik dayağı bu ölkənin,bu millətin gələcəyi bizik
Kənara çəkilib izləməklə batıran 
Qulağı ağızı gözünü bağlıyan 
Valideynlərin yetişdirdiyi yatmış vulkanlar bizim!

NƏQARƏT:
Biz şəhərin ən dərin nöqtəsi
Biz gecənin ən qara dəqiqəsi
Biz hər kəsin içində yatmış vulkan
Dəlixanaya xoş gəldin!

Verce: Graf

Bezib-bezib doyarıq biz son çarə ölüm olsa belə
Yaşamaq çətin burda baxmaki dözüm olsa belə
Sözün olsa belə...
Demək ki,susmalısan son çarən ölüm olsa belə
Biz ayrılıqlar ölkəsində vəhdəti üstün tutanıq
Sevgini kirlədib şəhvəti üstün tutarıq
Qalx Xalq!Bizə onlardan xəbər vermə
Qulaq kar gözümüz kor qəfləti üstün tutarıq
Bu qədər qanuni ziddiyyətlərin arxasında durmaq olmur
Nədənsə mədəniyyətimizi efirdə qurmaq olmur
Burda qurban olmur
Kəsilən qoyun olsa belə qarın ac doymaq olmur
Bir qədər düşün məncə
Gəncliyimiz topazda qurşanıbdı mədəni mərcə
Və nə qədərki dinimizi əqidəmizi qorumarıq
Bil ki,o vaxtacan da tülkülər gedər həccə