Nəqarət:

Qələmə toxunmaq qaytarır mənə itirdiyim gecələri
Əsəbdən boğulmaq sayaraq ardı arda düzdüyüm siqaretləri
Şeirlərim 15 ildi yazır eyni mövzudan
Görəndə bir – birini şair tərəfim utanır Elnurdan

1-ci verse:

Kaş ki, bacarsaydım talehimi yazmağı
Heç olmasa şeirlərimin bir xeyri olardı
Qələm elə ancaq kədərə boğmaq üçün olmazdı
Heç olmasa mən də durmazdım
Elə hey yazardım, keçmişi silərdim yenidən yazardım
Gələcək mənə lazım deyil elə keçmişdə bir yerlərdə azardım
Amma olmadı. Hər kəs Tanrı doğulmur ki, kaş ki, heç bu qədər güclü olmazdım
Çoxdan çıxıb getmişdim onda buralardan, heç sənin üçün güzgü də olmazdım

Nəqarət:

Qələmə toxunmaq qaytarır mənə itirdiyim gecələri
Əsəbdən boğulmaq sayaraq ardı arda düzdüyüm siqaretləri
Şeirlərim 15 ildi yazır eyni mövzudan
Görəndə bir – birini şair tərəfim utanır Elnurdan

2-ci verse

Heç vaxt bacarmadım yarı yolda qoymağı
İtirdiyim hər kəsdən özümdən bir parça var.
Heç vaxt unutmadım dəyərli insanları
Onlar görmür, amma qələmimdə hamısından iz var
Bacarmadım mən yalana öyrəşməyi keçmişə boylananda
Görürəm hər kəsdə var bir parça yalanlarımdan
Hər şey yaxşı olacaq dediyim insanlar,
Hər şey pisdir həyatımda, bağışlayın məni
“Mən burdayam qorxma” – dediyim insanlar,
Ən çox mən qorxurdum amma qaçmamışam geri

Nəqarət:

Qələmə toxunmaq qaytarır mənə itirdiyim gecələri
Əsəbdən boğulmaq sayaraq ardı arda düzdüyüm siqaretləri
Şeirlərim 15 ildi yazır eyni mövzudan
Görəndə bir – birini şair tərəfim utanır Elnurdan