Alov(chorus)


Vətən mənə oğul desə,nə dərdim?
Mamır olub qayasında bitərdim..

Deli Yazar(verse)


Və mən bu gün bir əsgər,vətənin qayğısında
Mən ona hər an şərik,onun hər ağrısında
Tanrı adadı bizi,məni ona,onu mənə
Ona görə də mən günahkar,onun hər yarasında
Dağılmış bağrım yorğun,qartal qanadı qırıq
Bir qanadın itirmış qartal sanki yarımçıq
Atam dönmədi ki,mən də dönüm yolumdan
Göstərirdi oğluna ki,sinəsi cırıq-cırıq
İtirilmiş böyrək və bir gözü görmür yaxşı
Amma o bir gözüylə yağdırıdı nifrətin
Üzündə dərin hüzün,içində ağır qəzab
Hələ də atam həsrətindədi müharibənin
O hələ də düşünür ki,gənclərimiz savadlanır
Amma yazıq bilmir ki,gənclərimiz parça-parça
Gündəliyinə yazmışdı ki,o bizə arxalanır
Amma yazıq nə bilsin ki,hərəmiz bir təşkilatda.

Alov(chorus)(2)

Vətən mənə oğul desə,nə dərdim?
Mamır olub qayasında bitərdim..

Deli Yazar(verse)

Zəhmli gözlər küsgün və yaman üzülmüşdü
O məni yetişdirdi ki,mən olum hərbiçi
Bu yaşa qədər məni vətəni üçün böyütmüşdü
Amma bilməzdi oğlu böyüyüb olacaq repçi
İstəyərdi yəqin ki,şair olsam yazım vətəndən
İstəməzdi mən təhsil adıyla qaçım vətəndən
Şəhid görürdü amma istəməzdi ölüm vətəndə
Heç vaxt istəməzdi reper olum yazım sevgidən
Bağışla məni,ata,qorxuram əsirlikdən
Amma bilirəm ki,sən heç bir vaxt,heç nədən qorxmadın
Ölən əsgərlərə görə mən qorxuram əsgərlikdən
Bilirəm ki,bilsəydin indi məndən utanardın
Bağışla bizi ata,hər fikrimə anam dəstək
O da qorxur oğlu əsgər gədər və meydi gələr
Bilirəm yaşasaydın üzümə tüpürüb mənə deyərdin:
-"Sən getməsən,nə vaxtsa anan gedər,vətən geder..."
Mən indi güzgüsüyəm Azərbaycan gəncliyinin
Mən indi iradəsi Çingizin və Mübarizin
Mən istəmərəm ki,sən utanasan məzarında
Mən sənin oğlunam və yatmalıyam mən də orda
Mən indi döyüşə hazır bu cılız vücudumla
Qışqıracam "Allah-Allah",deyəcəm "vətən-vətən"
İnan ki,gün sayıram döyüşməkçün varlığımla
Qışqıracam son qanımda rahat yat sən ata vətən!!!

Alov(chorus)

Vətən mənə oğul desə,nə dərdim?
Mamır olub qayasında bitırdim..
Üç rəngli bayrağınla məsud yaşa!(3)
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifs etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!

Dardadır Qarabağım...