Ressam 
At get məni,tut söz məni.
Necə mən edəcəm bizə tay bizi.
Gör əvvəli,gör neylədik,qoy səhvləri qabağına sırala dəlim.
Mənim əzin,əzin beynimi,silə bilim səni.
Düzdü o qədər bu qədər deyil,amma sevgi biraz az,amma var amma.
Amma var ama çox səhv,hələ də gülürəm arada.
Təpiy vurum tullan,bu qədərmi bəsit mənim yazı tərzim,amma inan ki,sənə bitib sözlərim.
Ey mənim günəş payım,işığın gəlmir oo..
Sönmüsən,ölmüsən,hardasan ooo..
Ey mənim günəş payım,işığın gəlmir oo..
Sönmüsən,ölmüsən,hardasan ooo..

Grafe de la Fer
Sevgi yenə dərd oldu,xəyanətsə şərt oldu.
Yadıma düşür o gün nədənsə mən pərt oldum.
Sərt oldum,günü-gündən həyatımı mən dəyişdim.
Bəlkə də mən sadə idim,səni bawa düşə bilməmişdim.
Həə indi yadıma düşdü sevgi etirafım,
Zənglər,smslər kəsilmir ardı-arası.
Bir vaxtlar kitabxanaya gedərdim mən,indi topaz.
Dəyişdi fikirlərim,dəyişdim din,namaz.
Bir vaxtlar dinləyərdim kimlərisə,mən nə hayda
Oturdum yazdım,pozdum tracklər hansı sayda
"Səni axtardım",boş ver inan ki,mən dəyişdim
Bəlkə də,sevgi nədi sən hələ də bilməmişdin.
Bilirəm söz vermişdim bu mövzu bitər artıq
Amma sən də söz verdin,ömür boyu yanımdaydın.
İnan ki,4 il yox,istəsəydim ömür boyu
Gözləyərdim səni,amma burda sözüm bitir artıq.

Ressam
Ey mənim günəş payım,işığın gəlmir oo..
Sönmüsən,ölmüsən,hardasan ooo..(2)

Deli Yazar.
Unutdum sevgi nədi,dost olarkən nifrətimlə.
Çünki o sevgi məni günü-gündən bitirirdi.
Dost oldum ağlımla düşmən düşdüm ürəyimlə.
Çünki o ürək məni səhvlərə sürükləyirdi.
Unutdum dostluq nədi,ilk dostumu basdırarkən.
Unutdum savabları,günahlarımı artırarkən.
Unutdum hörmət nədi böyük-kiçik yeri bilmək,
Ta uşaq vaxtlarımda tək və qayğısız qalarkən.
Amma,mən bacarmadım,unutmadım ilk sevgimi,
Bilə bilmədim gedib öz dostumla yatmasını!
İndi də ürəksizsən,sevə bilmirsən deyənlərə,
Çatdıra bilmirəm mən ürəyimdəki ağrıları.
Sarısam da sarıqlarımı unutmadim yaralarımı,
Üzümə gülənlərin arxamdan danışmağını.
Nə qədər dəməsəm də,nə qədər bildirməsəm də,
Unutmadım,unutmuram sevənlərin dayağını.

Ressam
Ey mənim günəş payım,işığın gəlmir oo..
Sönmüsən,ölmüsən,hardasan ooo..(2)

Hugo
Mənim həyatım sən idin,amma sən özünə X qoyub,özünü qoydun qıraqda.
Mənim hər şeyim sən idin,amma hər şeyi tüpürüb üzümə getdin yanımdan.
Mənim ömrüm səndə..Mənim həyatım səndə..
Mənim bir sevgilim var atmaz məni,deyirdim,amma atdın sən də.
Birinci şablon sual sənə tərəfdi,sevgi nədir?
Sənin cavabın,sevgi,mələklərin qovuşması.
Nə sən mələk,nə mən mələk,demək ki,sevgi yoxdu.
İndi qeyri mümkündü sevgimizin alınmasi.
Yadıma gəlir,demiwdin bu sözləri sən mənə,
Mənim tək elədiyim Shift delete enter oldu.
O qədər yalan dedin inanmıram indi sənə.
Sənə son sözüm də ki,bu oldu,səndən boldu!

Ressam
Ey mənim günəş payım işığın gəlmir oo..
Sönmüsən,ölmüsən,hardasan oo.(2)