Graf De La Fer 
Mən ağzında saqqız,əldə təsbeh fırladan gənc.
Mən çayxanalar kralı,əldə nərdi şeş qoşa penc
Mən təhsilə tüpürmüş tələbə,günüm keçir qumarla,
Mən nazir oğlu,harda görsən başımı tumarla
Keç qoymasam da mən sizə vec,
Seçmək gələcəyi inan ki artıq çox gec
Ondan-bundan 20 qepik,oo fastfoo hazırdı
Günahlarıvı dalbadal sayğacında yazırdı.
Nə gördün ki,nəticədə elə yazdım ki,
İbrət alsın nəticən də,kötücən də.
Sənin kimi başı boş olmasın.
Mənim kötücəmə keçənəcəndə düşüncəmdə
Sənin kimi də əziyyət olmasın
Braçço qorxum yox ezabdan yaranır tezaddan
Eybi yox sən bentlə mən ise ağ atda
Qalmısansa fəzada qulaqcıq götür öləndə dinləyərsən məzarda

Nəqarət:
Qaldırın əlləri vurun,dağıdın,
Ölməlidir düz söz deyənlər
Yandırın həqiqəti tapdalayın,
Yaxşıdı şırın yalan acı həqiqətdən.(2)

Undead
Dilində söyüş dinlə bəlkə qulağım oldu saf
İnsanlar çox günahda,bu gün açıq etiraf,
Budumu sizdə müsəlmanlıq?! Qılındı yalandan namaz,
Nə qədər eyni mövzunu yenə də təkrar yaz.
İndi artıq dəb halında kimisi məşədi,kimisi həci
Kim isə əvvəl varlı,indi döndü oldu dilənçi.
Bizdə sevgi bir gecə,əyləncə var bir az xərci
Nə qədər ört basdır edəcək eybi gəlincik
Hər dəfə biz yazırıq,oxuyub sonra pozun.
Yazdığımız sətirləri də səhv tərəfə yozun.
Hər dildən bir yalan söz,gedib çatır qulağa
Bilirəm,heç vaxt tapılmayacaq ədalətin izi-tozu
Həyat dəyişib bu gün,demirəm sən də dəyiş
Sadəcə sən səhvlərivi qoy qabağıva et düzəliş.
Cəmiyyət pozulur mavilərlə qazanc yeri iyrencdi
Nə qədər qanunsuz cinayət məhv edir gənci.

Nəq:
Qaldırın əlləri vurun,dağıdın,
Ölməlidir düz söz deyənlər
Yandırın həqiqəti tapdalayın,
Yaxşıdı şırın yalan acı həqiqətdən.(2)

Hugo
Onlar elə bilirlər mən PKK,terrorosit,
Amma mən Call of Duty-ni öndə tutan gənc 
Düşünürlər ki,mən vurub dağıdan,düşünsünlər,
Mən qıraqda qalım dinc.
Onlar elə bilirlər mən əvəz olunmaz kommunist,
Amma mənim puldan başqa inan ideyam yox.
Onlar elə bilirlər dövləti dəyişəcəm,
Amma mənim özümü dəyişə bilən adam yox.
Və beləcə bir addım,milləti aldatdım!
Dedilər tənqid yaz,Hə dedim,fırlatdım.
Sizinki başdan xarablıq,mənimki isə dəlilik,
Yeriniz dərmədeşik,biz amma xalqa bəlliyik
Nəyə lazım mənliyiniz,it deyəndə itirsə?!
Nəyə lazım qeyrətiniz,bit deyəndə bitirsə?!
Əgər sizin gövdə kök üstündə səhv bitirsə
Eybi olmaz,sulayarıq biz yetkin dövrü pis keçirsə.

Qaldırın əlləri vurun,dağıdın,
Ölməlidir düz söz deyənlər
Yandırın həqiqəti tapdalayın,
Yaxşıdı şırın yalan acı həqiqətdən.(2)