Bu gecə nəsə tərs gəlir özümə öz düşüncə tərzim,mən boğuluram.
Çətindi mənzərəni ayırd etmək.
Bir təbii gülüş hər şeyi dağıda bilər göz qırpımında hər şey dayanıb,tərpənmə dur,dağıla bilər.
Dağıla bilər..
Bəzən yol düz görünür,sıxırsan xoşbəxtlik sürətini 180'a,baş fırlanır,göz qaralır,sevgi nəğməsi,sevgi öpüşü.
Əllərini axtaran kobud əllər
.Sən incə,zərif gülüşlə gəldin,bu avqust dəyişdi həyatımı.
Sən getməyə qərarlıydın deməli.
Gəlməzdin onda gedecəkdinsə,sən saxlaya bilməliydin hər şeyi ya da gedəndə öldür get.
Qalmasın səndən heç nəyim.
Bir dövrü ölümsüzlük dövr edir,eyni həyat yolum mənim.
Bu gecə gəlir ətrin beynimə,bu gecə səhərəcən beynimdəsən.
Ağlama,peşmançılıq fayda verməz.
Soyuq aylar,metroda bir-birimizə yaxın.
Hər səhər yolunu gözləmək,bir saniyə əlinə toxunum deyə dərsə gecikmək,danlanmaq.
Sən nazlan,mən yola gətirim.Mən əsəbləşim,sən sakitləşdir.
Bir şəklin yüz cür papkada,telefon,ilk və son smslər..
Bizim olacaqdı iki uşağımız,biri sənə biri mənə bənzər.
Saat fırlanırdı əvvəl sürətlə,indi məni fırladır özünlə aparır.
Məni dartır zaman sənsiz keçəcəyim bir gələcəyə.
Səni görsəm bir daha,nə vaxtsa yada düşəcək bu mahnılar və..
Qalın geyin demişdim soyuq olar
Burnun qızarıb soyuqdan,balaca,
Ürək göynəyir səninçün,balaca,
İndi qucaqlayardım səni yaman,
Amma biz göz-gözə baxaraq keçdik sadəcə.
Nə deyə bilmədim hara gedirsən,niyə gedirsən,niyə üzgünsən?
Gözlərin mənim nostalji xəstəliyim
Sən xəstəliyimsən..
Sən tariximsən,sən əbədimsən.
Səbrim dərimlə cırmaqlaşır,sən dözümümsən.
Mən qəribəyəmsə sən ədəbimsən,
Mələyimsən,sən göylərdəsn,sən ən yüksək zirvəmdəsən.
İndi qucaqlayardım səni yaman,
Amma biz göz-gözə baxaraq keçdik sadəcə.
Sən xəstəliyimsən.
Yavaş-yavaş öyrəş mənə,sevdir,sonra nifrət etdir.
Gələcək gedəcək xoşbəxt günlər başqa-başqa yerlərdə.
Yerlərdə..Başqa yerlərdə..Başqa yerlərdə.
Sən mənsiz,mən sənsiz.Mən sənsiz..Mən sənsiz.