Hərə bir tərəfə yozduqca şeirlərimi mən sənə olan sevgimi səni yazaraq boğduğumu hayqırırdım.
Heç kim başa düşməsin məni lazım deyil,heç kəs.
Məni başa düşürsən sən,mənə başqa nə lazımdı?
Yoxsa sən də başa düşmürsən məni?
Yoxsa sən də yoxsan bu dünyadakı ədalət kimi?
Tanrım,məni niyə atdın ki bura?
Adəmi başa düşdük,mənim nə idi günahım?
Mən ki palçıqdan yaranmamışdım?!
Mən ki iblisə aldanmamışdım.
Axı mənim Həvvam heç yanımda da  deyil.
Axı mən heç o almanın yanından da keçməmişdim.
Axı mən heç meyvələri də sevmirəm.
Nə bilim ee,niyə belə dəxlisiz gəlir cümlələr?
Yooxx əsla üsyan etməmişəm sənə.
Məni təngə gətirən sənin susqunluğundu.
Yoox,dəli olmamışam  mən,onlar elə fikirləşir ki,sənə inanmıram mən.
Bilmirəm,bəlkə də mənim də imtahanım budu.
Nə bilim eee,məncə əsl cəhənnəm sənin yoxluğundu.
Bax elə sən susduqca mən də yazmağa davam edecəm.
Elə hansısa bir payız günü,mən də hamı kimi bütün suallarım cavabsız gözü açıq intihar edəcəm.
Bilmirəm,bəlkə də onda taparam suallarıma cavab.Bəlkə də elə düz burunumun ucundasan.
Nə isə vaxtını çox almayım Afrikada bu qədər səfalət varkən.
Amma bil ki,bir gün səni tapacam..
Və o bir gün cəhənnəm deyə bir şey olmayacaq,cənnətin də bağlanacaq qapıları.
Günahkar mən olacam,ancaq günahım da axtarış olacaq,
Nə bilim eee,nəsə hər şey başqa cür olacaq.