Dəli Yazar
-  Sən niyə ağlayırsan?
+ Hec kim məni anlamır. Heç kim mənim hisslərimi başa düşmək istəmir
-  Bu haqqda düşünməyə dəyməz. Sən özünə görə yazırsan. Sən yaşaya bilmək üçün yazırsan. Onlar sənin hisslərini, fikirlərini heç vaxt başa düşməyəcəklər. (Fransız dilindən tərcümə)

Spx:
Bu dünyanın ən bədbəxt şəhidləridi şairlər.
Bu dünyanın ən amansız silahıdı cümlələr,kütləvi qırımdı,genasiddi mənim şeirlərim.
Mən məhv edirəm sətirlərimlə ruhunu.
Bu gün bütün hisslərin mənimdi.
Mən də bir gecə ümidlərin yoxluğunda onlarla siqareti qətl etmişəm,mənə ''yazma,heç kim anlamayacaq'' deyənləri bir şeirlə məhv etmişəm.
Əslində sən də mənim bir parçamsan.
Əslində sən də özünü itirmisən sevdiyin işin yox,qalstukun arxasınca qaçanda.
Bilirəm,gizlətmə bilirəm,sən də dəli olursan çaqqallar özünü şir sayanda.
Amma susursan.
Çünki sən də heç kimsən bu sistemdə,sən də ən ucuz fiqursan vəzirlərin əhatəsində.
Sənin də valideyinlərin mənasızca,oxu adam ol,deyib.
Bilirəm,çox oxumusan bilirəm,amma adam ola bilməmisən heyf.
Çox heyf.