Sözlərin kifayət etmədiyi yerlərdə hər zaman susmuşam mən.
Dünya böhrana doğru addımladıqca vərəqə almazdan da dəyərli cümlələr yazmışam mən.
Siz azadlığı axtardıqca mən qoluma qandal vururdum otağımda.
Bu qədər müharibə,bu qədər qan.
Özümə nifrət edirəm Ben Ladinlə,Hitlerlə eyni havanı udduğumu anladığım andan.
Mənə insanlıqdan danışmayın,biz ancaq ziyafətlərdə insan oluruq.
Məzarlıqlardan qorxmuram,artıq nəfəs alarkən insanlar daha qorxulu olur.
Nə,mən insan dedim?
Xahiş eləyirəm bağışlayın məni,bu dəfəlik günahımdan keçin.
Tanrım bağışla məni,amma məncə sən bizim yerimizdə olsaydın bircə dəqiqə də bu axmaqlığa dözməzdin.
Heç olmasa harda yanlış etdiyimizi de bizə,ya da bu çox uzun çəkər,hardadı doğru gördüyümüz işlər çox maraqlıdı mənə.
Hə noldu,yaxşı yazıram hə?
Xoşuna gəlir cümlələrim?
Nəyi gözəl yazıram mən?
Heyatın çirkinliklərini yazıram,siz də buna gözəl deyin!.
Axmaqca işlər görürlər dediklərimiz bizim bütün işlərimizi görüblər,bizə heç nə qalmayıb.
Dolların üstünə ''Siz axmaqsız'' yazanlar,keçmişi də hətta gələcəyi də onlar yazıb.
Bizə nə qalıb ki?
Biz sadəcə onların həyatı darıxdırıcı olmasın deyə varıq.
Hə biz vətən üçün ölməliyik,biz allah yolunda nəsə etməliyik,biz hərdən susmalıyıq əlimiz qolumuz qandallı,hərdən də kiminsə oyununa qurban olmalıyıq,üz gözümüz qanlı,əllərimiz plakatlı.
Hahaha,mən dəliyəm bilirəm,amma inan ki,sən də dəlisən,çünki sən də bunları görürsən.
Amma sən də susursan,çünki sən də heç kimsən.
Bu sistemdə sən də ən ucuz fiqursan vəzirlərin əhatəsində.
Nə?Sistem?Yox əşşi,nə sistem,mən nə dedim ki donub qaldız?
Sizin hələ xəbəriniz yoxdu qara qutulardan,
onlar elə adları kimi qaranlıq qalır.