Bir dəfə məktəbi dəyişməli oldum.
Təzə məktəbin ən maraqlı oğlanı idim.
Məktəbi bitirənə qədər adım oldu,təzə gələn oğlan.
Sonra səni gördüm və həyatımın ən vacib bağımlılıqlarından birincisi oldun.
Əlaçı idim,amma yavaş-yavaş kitaba olan marağımı boğdum.
Oxumaqdan çox yazmağı üstün tuturdum.
Uşaqlığı istəmirdim,tez böyüməli idim ki,səninlə ailə qurum.
Elə uşaqlıqdan inamırdım bizi leyləklərin gətirdiyinə,ona görə ilk fürsətdə dodağına qondum.
Hər il yazı səbirsizliklə gözləyirdim,məscidin yanındakı ağacdan alça dərib sənə gətirim deyə.
Sən də elə sevinirdin ki,sanki Bentli almışam sənə.
Uşaqlıq,sonra problemlər artdı,ailə,dostlar.
Evdən gizlicə qaçırdım mərkəzə,orda taksafon var idi,beş yüz manata bir jeton,bir jetonda dörd dəqiqə.
Və o dörd dəqiqə dünyalara dəyər.
Sonra zaman keçdikcə böyüdük,çirkinləşdik.
Mən siqaret,sən makiyaj çəkməyə alışqın oldun.
Sonra sənin ürək ağrı dərmanların,mənim antistreslərim.
Nəbilime,hər şey alt-üst oldu.
Sonra sənin yoxluğunda bir dəfə də sevdim,
Fənərbaxça deyirlər ona,amma mən Cənnət baxça deyirəm.
Amma yenə unuda bilmədim səni,yenə Bakının hər küçəsi xatırlatdı gözlərini.
Hər dəfə bezəndə deyirdim ki,səni kim göndərib ki,Allahın bəlası?!
Hansı duamın lənəti idin ki,dilimdən çıxıb boğazıma yapışdın?!
Yoxe,məncə sən səhvən mənim həyatıma gəlmisən.
Yəqin Hitlerə göndəriblər səni.
Sən bu cəzaları ona çəkdirməlisən.
Hə,100 % ünvanı səhv salıblar.
Axı mən bu qədər də günahkar deyildim.
Nəbilime,amma olsun,yaxşı ki,səhv göndəriblər səni,yaxşı ki,mənə göndəriblər səni.
Razıyam bu cəzaya.
Sən Həvvam ol,mən də inanım hər yalanına Adəm kimi,hələ lap betəri.
Alma nədi ki,sən istə ulduzları dərim.
Dünyada günahdan bir dağ yaradım,belə lap hündür olsun,zirvəsində  ikimiz olaq.
Əlimiz ulduzlara çatsın,dərək aşağı ataq,dərək aşağı ataq.
Yoxe,vallah sən möcüzəsən,sən əfsanəsən.
Axilles neyləyib ki,əlinə qılınc alıb,bir-iki baş kəsib.
Amma sən belə qaş-qabaqlı baxırsan bir az,saçını da dolayırsan barmaqlarına əllərim əsir.
Bir az da ah çəkdinmi dərindən dizlərim yerə dəyir,vəssalam, o dəqiqə oluram təslim.
Amma təki əlimi tut,çiyin-çiyinə davam edək.
Bax,10 ildi Elvinlə belə gəlmişik buralara qədər.
İkiniz də 10 illik bir dəyərsiz,ikiniz də cənnətə də dəyərsiz.