Dünənki şeirlərimə görə yaşayıram həyatımı.
Sabahlarımı özüm qururam mən.
Bu gün yazdığıma baxma,bu sabahın şeiridi.
Sabah üçün yazıram mən.
Mən dəlinin biriyəm,öləcəyim günü də təyin etmişəm çoxdan.
Mənə qismətdən danışma,sevgilim.
Mənə dünəndən danış.
Dünən neçə saat düşünmüsən məni?
Darıxıb ağlamısan heç?
Bax,əgər aglamamısansa dünəni saymayaq.
Çünki mən də ağlamadım dünən.
Gəl,dünəni həyatımızdan qoparaq.
De görüm,sabah neyləyək?
Məncə sən bir sms yaz sabah.
Sonra da zəng vur,yalandan de ki,səhv göndərmişəm.
Söhbətin ən şirin yerində səninçün nə qədər darıxdığımı deyim.
Sən də de ki,hələ də meni sevirsən.
De ki,unuda bilmirsən  hələ də.
İnanacam,söz verirəm.
Sabah çox maraqlı olacaq.
Hamıdan gizli görüşərik istəsən.
Boğazımdakı xaldan öpərsən.
Mən də saçını qoxlayaram,məst olub qalarıq hansısa bir küçədə.
Xoşuna gəlməyən nəsə varsa de,çıxardım sabahımızdan.
Ya da,nəsə əlavən var bəlkə.
Əşşi,ya da boş ver.
Unut getsin.
Məndəki də şairlik deyil ki,dəlilikdi.
Ada,bax sabahın şeiri..