Şairlər bütün inanclarının üstündən xət­­­­­­t çəkib şair olmalıdı.
Şairlər tərəfsiz olmalıdı,şairlər gərəksiz olmalıdı.
Şairlər irqsiz olmalıdı,şairlər dilsiz olmalıdı.
Şairlərin canından da çox sevdiyi bir qadın olmalıdı,amma yanında olmamalıdı.
Bir şair ağıllı ola bilməz.

Axır-əvvəl dəli olmalıdı.