Təsəvvür et ki,qucaqlamısan dizlərini və oturmusan göydələnin damında.
Hər axşam Behbudov küçəsinə baxırsan ordan.
Maşınlar sürətlə gedir,səmada ulduz axır.
Sonra yuxarı da ay da var və aşağıda günəş yatıb,yəni sevgilini deyirəm.
Sən yata bilmirsən həyəcandan,sabah görüşünüz olacaq deyə.
Amma onun heç vecinə deyil sanki,elə yuxuya dalıb telefonla danışdığınız yerdə.
Sən də əsəbləşmisən və gəlmisən bura.
Sonra keçən həftəki görüşünüzdən danışım,o əclaf gecikib və Nizami küçəsinin düz ortasında iki dənə qırmızı makasinli söz atıb sənə.
Sonra sevgilin də gəlib döyüb onları,bir az hirsin soyuyub,amma incikli qalmısız yenə.
Yazıq neyləsin probkada qalıb.
Sonra bir dəfə zəng vurmusan axşama qədər cavab verməyib,bir ay küsülü qalmısız.
Yəni,bu qədər bəlalı olub sevgim.
Bir şairi sevmək asan deyil axı bilməliydin.
Bir dəfə olsun xatırlamayıb doğum gününü.
Nəysə burasını uydurdum bir az,heç vaxt təbriksiz qoymamışam səni.
Hər kəsdən öncə təbrik etmişəm,ala bilməsəm də bahalı hədiyyə.
Şairlərdə ancaq şeir olur,olmur güllər,ətirlər.
Şairlər ancaq sevir,unutmur.
10 il keçsə də eyni qadını yazır.
Amma mən ayrılığı sevirəm,deyiləm sevgi insanı.
Mən uzaqda qalmağı,həsrəti sevirəm.
Nə var ki,ailə qurmağa.
Atam demişkən,indiki cavanların əksəriyyəti evcik-evcik oynayır,beləsinə qalsa gündə on dəfə quraram ailə.
Yəni,ən çətinini bəlkə də mən edirəm.
Keçən dəfə köhnə şeirləri qurcaladım bir az.
2003-şeirlər səndən danışır,2005,2007,2010.
Sonra yuxuda gördüm bir dəfə,2030da uçan maşın sürür insanlar,mənsə oturmuşam elektron bir ağacın altında,yanımda robot dostlarımla danışıram səndən.
Nəbilim əşi,sən elə bir möcüzəsən ki,yazmaqla bitən deyilsən.