Ana,bağışla,heç nə edə bilmirəm batırırlare bizi içdən.
Əlim qolum bağlıdı.
İçdən yeyir qurdlar bizi,qocalmış ağac kimi.
Alınmayacaq ee bilirəm heç kim kömək edən deyil,
Nə qədər arxalansaq da bizdən başqa heç kim başa düşən deyil bizi.
Niyə öz səhvimizi kənara qoyuruq ki?!
Niyə hisslərimizə əsir oluruq ki?!
Ana,mənə düşmən kimi baxırlar,amma bəlkə də mənim qədər sevmir heç kəs millətini.
Sən də elə düşünürsən ki,qorxuram hə?
İtirəcək bircə bayrağım var mənim.
Başqa nədən qorxa bilərəm ki mən?
Müharibə də istəmirəm əslində,istəmirəm atasız,övladsız qalsın kimsə.
Uşaqlıqdan başımıza gələn faciələrin görüntüləriylə yata bilmirdim qorxudan birdən yenə baş verər deyə.
Istəmirəm oğlum da belə böyüsün.
Axı niyə qorxsun nədənsə?
Bilirsən,əslində müharibə istədiyini deyənlərin 90 faizi atar gedər ölkəni ilk güllə səsində.
Mənə deyirdin ki,filankəsin oğlu getməyib sən də getmə xidmətə.
Ana,təsəvvür et ki,qardaşım var və sizi dar anda atıb gedib.
O gedib deyə mən də sizi atmalıyam bəs?
Heç olmasa sən anla məni.
Necə tapdayım ki,bu bayrağı,axı o var deyə varam mən.
Bir əskərin ölümünü belə öz çıxarımız üçün istifadə edirik biz.
Nə bilim,hara gedirik bu gedişlə?
Amma bilirsən,mən heç vaxt getmərəm buralardan.
Atıb getməyə nə var ki?
Çətin olan əyrini düzəltməkdi.
Çətin olan qalıb hər şeyə güc gəlməkdi.
Mən ölkəmi sevirəm deməyə nə var ki?

Çətin olan doğurdan da sevməkdi.