Spx:

Getmək şərt deyil ki, iz qoya bilməkdi güclü olmaq.
Gecələr səhvlərini düşünüb ağlayanda, yastığınla özünü boğa bilməkdi şair olmaq.
Bütün şeirlərim sevgidən doğur adətən, bu şeir nifrətlə sevişərkən doğuldu.
Bütün günahlarımı, düşünərək qazanmışam mən
Bir gün düşünmədən tətiyi çəkəndə, şeirlərim başa düşülər bəlkə də.
Bəlkə də yüksəklikdən qorxur doğmalar,
Bu qədər alçağlığa səbəb tapa bilmirəm.
Ağlatmaq üçün yaranan təlxəklər var bu dünyada,
Qəlb qırmaq üçün yaranan yaxşılıqlar var
“Bu sənin yaxşılığın üçündü” deyib,
Yaxşılığdan anlamayanlar var.
Hər dəfə bu son olsun, deyirəm
Bu son siqaret olsun, bu son şeir olsun, bu son nəfəs olsun.
Amma, yarıda qalmış o qədər şey var ki,
Görəsən necə son olsun?!
Bəlkə filmlərin tam əksi olsun bu dəfə?!
Baş rolda ki, qəhrəmanı bəlkə mən öldürüm?!
Yada bəlkə alçağlıq qalib gəlsin, təslim olsun qəhrəman.
Uça bilməsin canavar.

Mizan:

Mən yazsam qəzəl olur, sən yaz şeir olsun
Kim gedir qoy getsin, sonunda şeir olsun.
Uzaq yolların insanıyam mən
Mən gedənlərdənəm, amma arxasınca gedənlərdən.
Məsələn zülmətin, məsələn saxtalığın.
Getməliyəm, çünki bilmək haqqımdı
Sonu var mı bu qaranlığın?!
Ən sonuncu saxta gülüş kimə məxsus olacaq görəsən?!
Yəqin mən gülərəm, son nəfəs də dəyməmək üçün qəlbinə doğmaların.
Yəqin ən sonda mən gedərəm, qəbul edərək bütün qınağları.
Gediləcək bütün yolları şeirlərim seçir,
Mən sadəcə yazıram
Tərk edənlər özləri şeir olmağı seçir,
Və mən yenə sadəcə yazıram.
Şeirlər gözəl olmur, tərk edənin izi böyük ola bilər sadəcə
Şeirlər doğma deyil, sadəcə şairlər insanlara nifrət edir.

Bu qədər...