I. Verce : Graf

Hamı bir ağızdan deyir indi fuck system,
Haram qalıb deyin mənə bütün bədən pratestem.
Əsgərəm mən, qıraq testdən qaçıram mən inan sizdən
Məmuram və əridirəm qarnımı platesnən.
Bu da bizdən satmaq indi fərqli qiymətədi
Tracki paylaşıb üstdə yazın dövlətədi.
Buraxıb özünü indi məktəbli qızdarım bir də
Özləri səkkizdə oxuyur, döşləri on birdə.
Bu da payım, gecə yatım səhər ayıl
Bölmələrdən izahat və cibə minnət evə qayıt
Bu da bayır pulun yoldu onda sus dayan
Nömrəmə zəng çatmasa bilin ki, padvalındayam


II. Verce : Hugo

Mənim xəbərim yox heç bu ölkədən,
Amma hamı üzərimə tükünü ürpədər.
Çoxdu pul, qazana bilmirsənsə
Belə ləzzət eləmir get bu ölkədən.
Və Səfəvilərdən bölünə - bölünə gəlirik hələ də
Alnınızda döyüşdən başqa, hər şeyi oxuduz siz.
Əlinə avtomat almayanlar, Qarabağ – Qarabağ deyir
Amma əlinizə pul verib bir az oxuduq sizi

III. Verce : Cinas

Dar gəlir indi, hər addımda qarşıya baxanda
Bar gəlir indi, cürətkar gəlir indi.
Dünən köpək olan, bu gündə qarşımız da şir kəsildi kəlləsi.
Qəzəb hər zaman endirir gözümdən pərdəsini
Həqiqətə dəyər verin, yalan cəhalətə deyil
İgidliyə dəyər verin, yalan məharətə deyil.
Deyim biləsən beləsin belə getməz amma,
Fələk etməz kələk kimə ki, deyəsən axı
Hansı əqidədən bəhs edəsən, nağılların bitib.
Çünki, kasıbdan çox yeyir varlının iti yeah
Sözdə qalır iman, çünki gözdə qalır para
Gözləmə dərman ki, həkim bu ölkədən yeyir haram yeah

IV. Verce : Mizan

Dövlətim tələb elədi əsgərlik “ qələbədi ”
Tələbə “ qələbə ” tələbini tələb eləmədi.
“ Torpağı qaytarın ” deyib: döyüşə gələ bilmədi.
Qorxub, ölkənin vətəndaş tələbini ödəmədi
Yazsam qatil olarsan amma ki, razıyam mən dövlətimdən.
Salam verib keçirəm hörmətimlə
“ Rüşvətə Yox ” deyib cibimə pul basan da var,
Buna da baxmayaraq sizlər üçün qəddaram mən.
Yenədə boğulur ölkəm qərb bazarında,
Gəncim qərb azarında.
Qaçıb gələn anlamır, işləməsən bişməz ət qazanında.
Bu gün “ Döz ” deyilir deməli dözün
Dəstək olun verin gücü yan baxanın durma çıxart gözünü


V.Verce : Spx

Mənə siyasət yedirirlər, üsyan qusuram mən zirzəmilərdə
Mən xalqam, amma millət olduğum anlaşılmır hələdə.
Plakatlar alıram əlimə, özümə qarşı aksiyalar başçısıyam
Bibər qazı da atıram özümə arada
Xalq mənəm ?! Yoxsa mən xalqam
Söydüyüm bu sistemində parçasıyam.
Ləkə yaxılan məmurunda, öydüyüm bu dövlətində
Başçısıyam paramparça xalqında!
Silahdaşına güllə atan əsgər böyüdürəm mən,
Mənim oğlum da ölür, bu səbəbdən həmdə.
Rüşvətə dartan mənəm övladımı,
Sonra da böyüyüb rüşvət alır övladım məndən də
Səndən də bezmişəm əslində ölkədən də
Məndən də oğul çıxmaz, vətənə arxa çıxmaz dövlətimdən də
Bircə Bayrağımdan bezməmişəm
Bir də bezməmişəm millətimdən mən...