Hugo

Sevgi anladılmır artıq indi qələmlərlə,
Çünki, öyrəşir yavaş - yavaş qələm dərdə.
Hər gedən bir parçamı aldı getdi, çox təəssüf
Qalıqlarımı yığıram mən gələnlərdən.
Bil, kiminsə həyatın yaşayırıq biz bilmədən
Və gedirəm uzağa doğru 20 ildə sonumu görmədən
Mənə yox, mahnıma danış, tök hər şeyi
Bil dərdinə şərik mənəm. 
Yanında bil mənəm
Və neynirsiz siz?! Yerinizə mən ölsəm mi?
Çünki günahım getsəm yüz dönsəm min
Gördüyün və eşitdiyin keçmişimiz,
Çünki bizim olan qələmdə gələcək görsənmir.

Nəqarət:

Və yenə qələm keçmişi yazır,
İsidir buzlu gələcəyimi.
Və ölümümə keçmişim hazır
Bilmir ki, tozunu siləcəyimi
Dön gəl geri həyatıma yenidən bir də
Və mənə özümdən danış bir dəqiqə.

Undead:

Yazarkən o, fikir verməz dəyişər gecəni gündüzə
Amma yorğun olduğunuda heç vaxt verməz biruzə
O, buna çox çətin dözə, gözündə yox başqa gözəl!
Keşmiş qalan məhəbbət onun bu qəlbini üzər.
Məcnunun qərib sevgisini leyli qəlbində duyar
Heç vaxt tək qoymaz onu, hər dərd bəladan qoruyar
Əgər ki, iki aşiq bir dünyada görüşməz olarsa,
Ətraf səhraya dönüb, torpağda dəniz quruyar
Payızın ətri barmağları yazıya məcbur edir
Daxilən çox qocalıb o, bu bir neçə ildə
Keçmiş dolaşıb ayağına, gələcəyi məğlub edir
Zamanı uzadır şair yazaraq tək gecələrdə
Gedişinlə günəşi buz bağlar, getmə qəfildən
Eşq alovla zühür edər, düşməz kölgə səbrdən
Sevgidən yazan şair, heç vaxt sevməz birdə
Başqasına könül verməz, asar boğazı kəndirdən!


Nəqarət:

Və yenə qələm keçmişi yazır,
İsidir buzlu gələcəyimi.
Və ölümümə keçmişim hazır
Bilmir ki, tozunu siləcəyimi
Dön gəl geri həyatıma yenidən bir də
Və mənə özümdən danış bir dəqiqə.

Graf:

Ruhum bədəndən çıxıb edibdi təqzib məni,
Bir gün geri dönsə anlayarmı əksim məni?
Öz aynam fərqlənərdi başqa aynalardan
Çünki orda daha yaxşı görür əksim məni.
Bilirəm bir gün dönsən Bakınıda alıb gedərsən,
Hər şair yazar səndən, hər birinidə məhv edərsən.
Bu deyil sənsizlik, sadece bir sözsüzlük.
Hər addımın baş aldadır, birdə qoxun
Birdə toxun bu əllər isitməz artıq
Keçmişə biganə qalma o səni üşütməz artıq
Şair yazar her gün o səni düşünməz artıq
Hər kəs yaxşı gedir məncə düşünmə artıq
Hər şair tək məhəbbət mövzusuna toxunarkən.
Əlbəttə ki, o saf təmiz hisslə eşqi təsvir edir.
Dübarə dərd olur ona yazdığını oxuyarkən
O qadının bir baxışı şairi qələmə təslim edir.

Nəqarət:

Və yenə qələm keçmişi yazır,
İsidir buzlu gələcəyimi.
Və ölümümə keçmişim hazır
Bilmir ki, tozunu siləcəyimi
Dön gəl geri həyatıma yenidən bir də
Və mənə özümdən danış bir dəqiqə.

Rəssam:

Bir də ki, yenə ayrılmaq vərdişimdən hirslənirəm.
Gözləmirəm həyatımda kimlərisə.
Bəlkə də həzz alıram,sənin çəkdiyin əzablardan,
Bəlkə də özünü öldürsən heç heyfislənmərəm.
Avqustdan oktyabra sənin dəfin günün.
Növbəti illər belə and içir ki, səni silib gülüm.
Həmən o gün gülüm, üzünə son dəfə güldüm,
Bəlkə də son dəfə belə ürəkdən öldüm.
Bax nə qədər xoş günlərə and içmişdik,
Elə bil biz deyildik, hansısa filmə getmişdik.
Səma rəngini mi dəyişib, yoxsa gözümdə elədir?
Həyat dəyərini itirib, yoxsa dəyəri o qədərdi?
Zamanı geriymi çəksəm, yoxsa keçmişə dönsəm?
O, qədər şans vermişdik bəlkə düzələr?!
Gedənlər tüpürüb gedir mən getdiyim kimi.
Gül solar həmən torpaqda son payız kimi.

Nəqarət:

Və yenə qələm keçmişi yazır,
İsidir buzlu gələcəyimi.
Və ölümümə keçmişim hazır
Bilmir ki, tozunu siləcəyimi
Dön gəl geri həyatıma yenidən bir də
Və mənə özümdən danış bir dəqiqə.