Dakodje:

Bakıya bənzəyən gözlərin var idi
Gözlərində yıxılmış cümlələr kimi baxan kədər,
Jarqon şeirlərdə buraxan əllərin,
Bu an ayrılığım pandomimin oynadığım skeç olacaq.
Əruz vəzninə bənzər yalnızlıq var idi,
Mənə öz uçurumlarında qışqırıqlar yaraşdıran.
Gələcək məchul, zaman əxlaqsız, süzər badəyə
Son nəfəsimi sənsizliyə süzən süzgəc olacaq.

Rəssam:

Bu qədər bəsti
Əşi,
Çətin birləşim
Get, gəl, birdə get, gəl
Çətin öyrəşim
O, qədər qəlbinə toxunur
Çətin vərdişim
Gec olacaq 
Zamanı gəri çevirin.

Gözüm axtarır səni yenədə
İzin qalıbdır ümidsiz küçədə
Yaşamağ şansı verilsəydi birdə
Əşi artıq gec olacaq

Gözünü silib,şəkilə gülür arada
De 
Arada oluram gecə yuxuna qonağ
De
Yaşamağa verilsəydi son dəfə sinaq
Lap min dəfə sına, gec olubsa, gec olacaq.

Nəqarət:

Gözlərindən çıxıb getməyə bilirəm bir gün,
Gec olacaq, gec olacaq, gec olacaq, gec olacaq.
Gedişi bərk, səni tərk, yoxluğa qərq etməyə bizi bir gün, 
Gec olacaq, gec olacaq, gec olacaq, gec olacaq.

Undead:

Gedənlər çətin qayıdar, amma sən getme! 
 İstəsən söndür telefonu, bir neçə gün zəng etme 
 Amma tərk etmə,mütləq deyil şərt getmək 
 Qorxulu onu itirməkdən çox onu tərk etmək. 
Gələcəyə xətt çəkibsə keçmişim, silərəm hər gecə
Bütün günahları at belimə, belə bu yol ipdən keçər
Sonra gec olacaq! 
Bil gecə olacaq, səhərim tək keçər
Heç vaxt tərk edib getmə, mən sənsiz bir heçəm!

Graf:

Hər gedən arxasıyca bir şey qoyur əmanətdi.
Sevmək təkcə şərt deyil ki,hörmət əlamətdi.
İstəyirsən hər gedəndən dönənə qədər
Bakının havasını çək ciyərlərinə ölənə qədər.
İnsanlar daşlaşıb artıq demək ki, bir hiss yoxdu
Sadəcə üzdə gülüş saxta səmimiyyət var
Mənə görə gec olacaq deyə bir şey yoxdu
Sadəcə, gecikdirənlər və gecikənlər var

Nəqarət:

Gözlərindən çıxıb getməyə bilirəm bir gün,
Gec olacaq, gec olacaq, gec olacaq, gec olacaq.
Gedişi bərk, səni tərk, yoxluğa qərq etməyə bizi bir gün, 
Gec olacaq, gec olacaq, gec olacaq, gec olacaq.