Crazies Union, bu sadəcə birlikdi
Crazies Union, məqsədi bəllidi
Crazies Union,Crazies Union,Crazies Union
Dəlixanaya xoş gəldin!(2)

Rəssam
Bu yolu görüb gəlmişəm, indi biçib keçmək
Repim deyil sənət yolu,uğura da tüpürüb keçmək
Səthi söz yazmaq,gizli söz atmaq
Biz hələki, beyin qidalandıran endofiya
Sinfonik orkestr deyil,arxadaki də bizik
Verselər dağınıq olsada,birinci bənd də bizik
Sonuncu sədd də bizik,sən dinləyəndə bil ki,
Biz dəlilər arasında qoymadıq və sənlə bizik
Qrammatik səhvlər ola bilər,dəlilik usanmamaq
Biz deyilik qarşı kiməsə gəlirik biz boğuşmadan
Özünə oxşa adam,özünə respect qazan
Biz özümüzü itirmədən tapdıq budur əsas

Spx
Beş-on megabayt mahnı.çoxunuzun üstünə yüz ton gəlir
Biz əvvəldəyik amma çoxu üçün son gəlir
Səssizlikdən səsimiz
Hazır ol,işığına qaranlıq qonaq gəlir
Qulaqlarında fərqli səs
Dəli Yazar, Hugo, Graf, Undead, Rəssam, Spx
Şöhrət üçün deyil bu birlik dostluq naminə
Bu ad dəyişmir məqsədi,
Ayrı- ayrı vəhşilər indi bir yerdə
İndi bilməlisən, 
Atdığın disslərin olmadı xeyri .
Cavabsız disslərin səbəbisən, gözümdə heç kimdin
Ad dəyişir amma dəyişmir “YOL” 
Azrap de olmamışdı hələ belə bir qol
Indi istəyirsən otur yüz track yaz
Amma inan sənə verən olmayacaq bro, yol
Spx,Crazies Union

UnDeaD
Dəlilərdən biri mən UnDeaD  eke  Psixopato
Biz sanki hörümçəklər,şəhəri artıq basıb tor
Dayandıra bilməz bizi heç kim,bu bizim kütlə
Beynimin gücü axır yenə də qələmimdən sətirə
Sözlərim çox ağırdı ölçmək üçün bir tərəzi
Gənclərin qolları bağlı ,qırmalıyıq biz qəfəsi
Yoluxucu xəstəlikdi bu zəhərlənib nəfəsim
Nə qədər çalışsaz da boğa bilməzsiz bu səsi
Nə qədər yox idik biz,çıxardız ortalığa
Pişiyin əli çatmır,iy verir deyir balığa
Nə qədər ağ vərəq üstdə,yenə də qara yazı var
Nə qədər yaz poz,bil ki,bir o qədər yeni yazı var.

(Nəqarət)
Crazies Union, bu sadəcə birlikdi
Crazies Union, məqsədi bəllidi
Crazies Union,Crazies Union,Crazies Union
Dəlixanaya xoş gəldin!(2)

Dəli Yazar
Nə qədər susum axı ki,bəlkə bir gün dinə biləsiz
Nə qədər dinim axı ki,bəlkə bir gün susa biləsiz
Nə qədər ki,biz varıq və nə qədər ki,öndəyik
İnanmıram ki,siz heç vaxt önümüzdə gedə biləsiz
İmkan vermərik keçsin bizim xanaya ağıllılar
Bura dəlilər üçün nəzərdə tutulub axı
Susduq bağırdılar,qışqırdıq dağıldılar
Gərək olasan dəli,qədrini bilsinlər axı
Bizi qaldırır tənqid,bizi batırır tərif
Bizi yaşadar elə gənc ki,gözləri deyil yumulu
Çox görəcək gözlərin,iki söz və on bir hərif
Vur beyninə save elə,baş hərifləri C.U

Hugo
Dəlilərdən altı nəfər,altımız da seçilmiş
Təbəqə gördük biz yuxarıda,altımızda əzilmiş
Qulaq dibində artıb vızıldayan milçəklər
Çox vızıldasalar onlar dəli silləsi görəcəklər
Gedərik sona kimi biz
Son olsa da məğlubiyyət
Qalibiyyətin üstündə qurulub indi tək cəmiyyət
Repressiya qurbanları olmariq,biz dəlilər
Durar ayağa biz gələndə hətta ayaqdan əlillər
Qəpik-quruşa qələm aldıq.
Bahalı söz yazdıq.
Ala bilməzsiz bizi,dəlilər deyil satdıq
Tapmasan uyğun özünə 
Bizim cəmiyyətimiz deyil
Müraciət elə adımız Graf,Hugo eks Holder

Graf De La Fer
Mənim var xəstəm,
Mənim var dəstəm,
Biz uğur müəllimiyik,sakit ol dərsdə
Nə qədər qaçsa da,bizə çata bilməz uğursuzluq altdadır
Çünki boyu bəstə,
Cəmiyyət avtobusdur altı nəfər var sürücü
Bizə sən yaxınlaşma crazies kick kökü ölümcül
Həyat sanki məhkəmə,burda isə hakim biz,
Sevgi olan ürəklərə,yeni köçmüş sakin biz.
İndi siz durun ayağa,başlayın daşlamağa
Salam aleykum qutardı,
Qadağa,girmə bağa!
Və əgər bizdənsənsə,dur ayağa,dəlixanaya xoş gəldin.
İndi sən də
Başla başdan başlamağa.

Crazies Union, bu sadəcə birlikdi
Crazies Union, məqsədi bəllidi
Crazies Union,Crazies Union,Crazies Union
Dəlixanaya xoş gəldin!