Hugo
Millətim dözür hələdə, olubdu pis vərdiş
Nə qədər pis vərdiş, ünvan səhv, səhv gəldiz
Addım atdıq izsiz
Sənə görə pis biz
Ünvanımız bəlli oldu, dəlixanaya xoş gəldiz.
Sizsiz ölçülməz payımız,
Bizsiz olmaz, biz sizin aynanız
Kütbeyin olmağın səbəbidi, olmaq beyni bağlı
72 sətir olacaq, say onları beyinə bağla
Bəlkə də asan gəlir milyonların beynin açmaq
Açdıq cavabdehik, bizdə yoxdu açıb qaçmaq.
Sözümüz beynini açar (qorxma ağrıtmaz)
Açılannan sonra qorxma beynin evdə qalmaz.

Spx
Küçədə, bacada gördüyü hər qıza eyni fikri demək
Bakirə beyinlikdi
Başında heçnə yox ama ki, danışmaq, ərgənlik deyil bu
Bakirə beyinlikdi
Yaxşıdı açılışmaq, lazımdı müasirlik
Ama inanki lazımlı yerivi açmamısan
Yaxşıdı etiraz – səfləri tapmaq
Ama inan ki, birinci özündən başlamalısan
Yaxşıdı məncə ölkə (narazı deyiləm məndə)
Pis olan məncə beyinlərdi, özünüzə gəlində
Bakirə beynim, bekar qalıb anca deyinir
Əlcəyi geyindim, mən indi açacam beyni
Bilirəm deyir, indi bu nədi bu nədi deyir indi
Erkəyi, dişisi olmur bunun, bu beyindi.

Rəssam
O dedi kar eləmədi, bu səni kor eləmədi
Mənə də sus eləmədi, ya da ki, düz eləmədi
Yoxsa sənə verilib beyin vəh kimi? Hə?
Açma dar günün açar beyni
Fərqli beyin ya da fərqli geyim
Fərqli verin hmm yəni ürəyimə
Dəymə-düşər gənc, dəymə-düşər beyin
Dəymə savada dəymə açar beynim
Dedim bəlkə xeyrim dəydi sənə
Üzündəki əzmlik, avamlıq beyindədi
Əslində beyin açmaq elədə çətin deyil bilin
Sadəcə zibil qutusu aktiv edin, olacaq maska beyin
Səfdi belədə beyin, ya da ki səfdi belədə gedir
Səhv düşüncə eyni bilki poxluq edir beyini

Alov 5.45 Pro
Ağıl yaşdamı, yoxsa başdamı
Kimdə var, kimdə yox
Ağ-qara saçdamı
Özünü ağıllı hesab edən - əslində dəlidir
Səni bizə qınağ edən bakirə beynindi (2)

Undead
Bizdə də var axı (Bilirəm gangstar minbir sayağı)
Başını soxub deşiyə (Amma çöldə qalıb ayağı)
Ritmidə altı, səkkiz, yenə də oxuyur bayağı
Rakkada-çıkkıdıya var marağı
Bu orta barmağım, bax, ölç, çəkiyə vur
Başını yelləyib ama qulağı tutur
Sus sakit, ayağa durur
Nə qədər aç, at söz, bel quruyur
Tap dilimidə tut, kəs, doğra
Beş üstə gəl bir, Alov ətrafında
Arada bir də səndə qələmi yoxla 
Ardı da gəlir, biz dəli amma qorxma.

Graf De La Fer
Sözüm nədi, beynimdədi
Bu cəmiyyətə xeyri nədi
Açıq-saçıq geyim nədi
Gücüm indi sözümdədi
Beyin nədi, düşüncədi
İçindədi, çölündədi
Bakirə beyin açaq (aaa bunun açıq çıxdıki)
Beyni, beyni boş
Boş amma ki, verməz xeyri
Bakının küçələri kimi dar, sənin beynin
Sizin fasfood döyər, yoxsa bizim dönər?
(Ama hərşey) Bizim dəyirmanda dönər
(Milyonlar) Düşüb indi Markın zibilinə
Həyata akauntun bloka düşüb artıq
Beynini elə açarıq, izi bilinər
Biraz da başa düş, beynim şişib artıq

Dəli Yazar
Bakı indi eurogöz məkanı
Bakirə beynivin yoxdu ki, açarı
Təkanı, verib açın beynivi
Töküm içinə, axı nəyədi xalqın marağı
Görəsən toya gedib oxuyummu?
Manıslara bu xalq çox doyumlu
Nə qədər yazdıq, ağzıvı büzdün
İndi beynivi mən toxuyummu?
Küçədə-bacada qızlara söz atıb 
Evə gedəndə qışqırır: Mentalitet
Bizim tərəfdən keçəndə quzu balası
Evə gedəndə qaqaş, avtoritet
Bu trek dərya
İçində fəryad
Bayağı tiplərə çəkəcək sədd
O qədər ki, yazırsız
O qədər qoyacam sizə sərhəd

Alov 5.45 Pro
Ağıl yaşdamı, yoxsa başdamı
Kimdə var, kimdə yox
Ağ-qara saçdamı
Özünü ağıllı hesab edən - əslində dəlidir
Səni bizə qınağ edən bakirə beynindi (2)