Fransujenka
Artıq indi bitir illərim,solur həyatımda güllərim.
Neyləyim,qocalır axı mənim ürəyim.
Nə olar tanrım ol köməyim.

Deli Yazar
21 il odu artıq neçə ürək incitdim mən,
Neçə ürəkdən qovuldum,
Neçə ürək bərkitdim mən,
Neçə ürək elədi həyatımı paramparça,
Neçə ürək tərk elədim,neçə ürək dağıtdım mən.
Böyüdükcə düşünürdüm,mən itirəcəm arzularımı,
Həyat fırladırdı çarxı və dəyişirdi qaydalarımı,
O qədər yıxıldım dizim qanadı və durdum ayağa,
Arzulara qaçarkən mən,tutdu məni və atdı qırağa.
Və bu gün 21il oldu və artıq qaçıram mən
Həyatın qıfıllarını dayanmadan açıram mən
Kimlərsə nifrət edir,kimlərsə də mənsiz bir heç,
Kimlər üçün qəhrəmanam,kimlər üçün isə alçağam mən.
Və böyüdüm bir il daha,nələr gəldi,nələr getdi,
Həyat dəyişdi məni nələri aldı,nələri verdi,
Qalmadı o əvvəlki səmimiyyətlərdən əsər
Bu qədər dəyişəcəkdimsə niyə istedadı verdi?
Və mənə nifrət edib həyatından tez silənlər
Bilmirdilər ürəyimdə hansı üsyanlar mövcuddur.
Özündən razı,deyib düşünməmiş tərk edənlər
Bilmirdilər hisslərimi ki,ürəkdə yaralar mövcuddur.
3illik rap fəaliyyəti,bir konsert və bir albom,
Albomda yaratmışdım öz dünyamı,yadımdadı.
Bəlkə yaşatmışdım çoxlarını bu mahnılarla,
Amma indi inanmıram ki,kimsə yanımdadı.

Fransujenka
Artıq indi bitir illərim,solur həyatımda güllərim.
Neyləyim,qocalır axı mənim ürəyim.
Nə olar tanrım ol köməyim.(2)

Deli Yazar
Artıq bitdi 4 il,universitet də belə getdi,
Kimləri sevdim və kimləri qoydum geridə
Həyatım döyüş nöqtəsi və döyüşün başlanğıcı,
Artan məsuliyyətlər və savaşlar var irəlidə.
Və 21ci yaş günüm,çatmadın sən dadıma,
Şamları üfürərkən bir-iki arzu tutacaqdıq,
Sözlər vermişdik,çox gözəl gəlir yadıma,
Gələn ilin bu günü biz Parisə birgə uçacaqdıq.
Və itirdim baharımı,yağdı ümidlərimə qar,
Atamın sillələrində tapırdım intihar.
Və böyüdükcə yaşayıb,öyrənib və dərk edirdim,
Anamın təsəlliləri sanki ümid saxtakar.
Və indi böyüdüm mən,artdı təcrübəm bir il də,
Nə qədır dərd yaşadım toparlandım 20 ildə,
Yığdım çantama və gedirəm mən 21ə
Daha az səhvlər və daha az günahlar ümidi ilə.

Fransujenka
Artıq indi bitir illərim,solur həyatımda güllərim.
Neyləyim,qocalır axı mənim ürəyim.
Nə olar tanrım ol köməyim.